Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

“3 il əvvəl tikinti sahəsində dam örtüyü düzəldərkən hündürlükdən yıxılmışam. Ağır kəllə-beyin zədəsi alıb ömürlük şikəst olmuşam. O vaxtdan şirkət mənə sahib çıxmaq istəmir. İndiyə qədər mənimçün etdikləri iki dəfə dərman alıb göndərməkdən ibarət olub".

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə 1-ci qrup əlil Fərman Bədəlov danışır. O, Azərbaycanda fəailiyyət göstərən "Dədə" tikinti şirkətində işlədiyini deyir. 3 il əvvəl işdə xəsarət alaraq əlilə çevrilib. Ancaq deməsinə görə, həmin vaxtdan şirkət ondan üz çevirib. Nə qapısını döyür, nə yardım edir:

"Ali təhsilim olmayıb. Ağlım kəsəndən günəmuzd fəhləliklə başımı saxlamışam. Tikintiyə düzəlməmişdən 1 il əvvəl ailə qurmuşdum. Başıma bu hadisə gəldi, yoldaşım da mənə baxmadı, atıb getdi".

"BELƏLƏRİ MƏHKƏMƏLƏRİ DƏ UDUZUR"

Fərman Bədəlovun gözləri də tutulmaq üzrədir. Müalicələri vaxtlı-vaxtında götürmək imkanı olmadığına görə səhhəti günbəgün pisləşir.

Hüquqşünas Namizəd Səfərov deyir, Fərman Bədəlov məsələni məhkəmə müstəvisində həll edə bilər. Ancaq bina görə gərək şirkətlə onun arasında müqavilə olmalıydı.

Fərman Bədəlovsa şirkətin onunla hər hansı müqavilə bağlamadığını deyir.

"Dədə" tikinti şirkətindən Fərman Bədəlov adlı şəxi tanımadıqlarını bildiriblər.

Hüquqşünas isə belə olan vəziyyətdə məhkəmə perspektivinə az ümid olduğunu bildirir:

"Əgər əmək müqaviləsi yoxdursa, o, həmin tikintidə işlədiyini sübut edə bilməyəcək. Bunun üçün çox tutarlı sübutlar lazımdır. Fərman Bədəlov kimi müqaviləsiz, sənədsiz işləyib sonradan şirkətdən narazı qalıb məhkəməyə üz tutanlar həmişə uduzublar".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG