Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:49

Yol qəzasından 1 il ötsə də...


Arxiv fotosu
Arxiv fotosu

-

"İçkili olan 3-4 gənc idi. Maşınlarını sürətlə gətirib maşınımıza çırpdılar. Sonra da aradan çıxdılar. Hamımız yaralandıq".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Şəmkir sakini Arzu Seyidov danışır. Onun öszlərinə görə, idarə etdiyi maşınla ötən ilin avqust ayında Ağdamın Mahruzlu kəndindəki N-saylı hərbi hissənin qarşısında o və maşında olan ailə üzvləri yaralanıb:

"Həmin hərbi hissədə xidmətdə olan bir qohumun yanına getmişdik. Elə hərbi hissədən yenicə uzaqlaşmaq istəyirdik ki, başımıza bu iş gəldi".

Şikayətçi deyir, hadisədən xeyli vaxt ötməsinə baxmayaraq, yol polisi məsələyə ciddi yanaşmır.

"Əvvəla, hadisə yerinə gec gəldilər, heç gəlməklərindən də bir fayda olmadı. Yaralı vəziyyətdə olsaq da, yardım göstərmədilər. İkincisi də, hadisəni törədənlər hələ də cəzasız qalıb".

Deyir, o və ailə üzvləri hadisədən sonra 10 saata yaxın xəstəxanada saxlanılıblar. Bu müddət ərzində onlarla maraqlanan olmayıb.

Dövlət Yol Polis idarəsinin Ağdam rayon Şöbəsindən “Qaynar xətt”ə bildiriblər ki, yol polisləri və ekspertlər hadisə yerində olublar. Ərazi müayinə olunub. Hadisənin şahidləri və zərərçəkmişlər dindirilib. Qəzanın 10 KB 316 nömrə-nişanlı, ağ rəngli “VAZ-06” markalı avtomobil tərəfindən törədildiyi müəyyən edilib. Ağdam DYP-da hadisənin üstündən cəmi 4 gün keçdiyinə, araşdırmalar hələ tam başa çatmadığına görə, zərərçəkmişlərin bu tezliklə qərar çıxarmasını isə düzgün hesab etmirlər.

XS
SM
MD
LG