Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

Ata oğlunun 2 il əvvəlki müəmmalı ölümünün açılmasını istəyir


Arxiv fotosu

Arxiv fotosu

-

"Oğlumun ölümünün üstü iki ildir ki, açılmır. Elə adını qoydular intihar, işi bağladılar. Mən bu intihar versiyası ilə razılaşmıram. Onun özünü öldürməyə səbəbi yox idi".

Gədəbəyin Zəhmət kəndinin sakini Məsim Ələsgərov AzadlıqRadiosunun "Qaynar xətt"inə oğlu Aqilin ölümünün üstündən 2 il ötsə də ölümün səbəblərinin hələ də ortaya çıxmadığını deyib.

"ÖLDÜRÜB ASMIŞDILAR"

Onun sözlərinə görə, istintaq ölümün əsl səbəblərini üzə çıxarmaqda maraqlı deyil.

“Oğlumun ölüsü noyabrın 9-da səhər saatlarında Zəhmət kəndindən rayon mərkəzinə gedən yoldan 30-40 metr aralıda tapılıb. Dəmir köşkün bir tərəfində guya asılmış vəziyyətdə idi. Boğazında ip vardı, ancaq ayaqları yerə dəyirdi, dizləri də bükülmüş vəziyyətdə. Öldürüb asmışdılar ki, guya intihar edib”.

Aqil Ələsgərovun iki azyaşlı övladı qalıb. İndi onları baba böyüdür.

"İşi mədənə daxil olan və mədəndən çıxan malları maşına yükləyib boşaltmaq, mədəndaxili maşınlarla daşımaqdan ibarət idi. Əlində işi, gül kimi ailəsi, maşını vardı. Borcu yox idi, düşmənçiliyi yox idi. Ümumiyyətlə, sakit həyat sürürdü, başını aşağı salıb işinə, işdən də evinə gəlirdi. Özünü niyə öldürməli idi?"

Gədəbəy prokurorluğundan bildiriblər ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hadisə barədə məlumatı olan şəxslərin dairəsi müəyyənləşdirilib və ifadələri alınıb.

MEYİT EKSHUMASİYA OLUNUB

Ekspertiza ilə ölümün boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində törədildiyi müəyyən edilib. Lakin mərhumun valideynləri ərizə ilə rayon prokurorluğuna müraciət edərək, həmin rəylə razı olmadıqlarını və mərhumun qəbirdən çıxarılaraq yenidən müayinə olunmasını xahiş ediblər. Onların vəsatətləri təmin olunub. Aqil Ələsgərovun meyitinin qəbirdən çıxarılması barədə Gədəbəy rayon Məhkəməsinə təqdimatla müraciət olunub. Məhkəmənin qərarı əsasında meyit qəbirdən çıxarılıb, təkrar komission ekspertiza təyin olunub. Yenə kənar izlər müəyyən edilməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG