Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:22

Qasımzadə küçəsinin suları altında qalan həyətlər...


Arxiv fotosu
Arxiv fotosu

“Daha hökumətdən tələb etmirik ki, gəlib küçəmizdəki seli-suyu qurutsunlar, kanalizasiya xətti çəksinlər. İndi xahiş edirik ki, heç olmasa Qasımzadə küçəsinin sakinləri üçün qayıq sifariş eləsinlər, yağışlı günlərdə dayanacağa qədər qayıqla gedib-gələ bilək”.

Payızdan bəri hər dəfə yağan güclü yağış Zabrat qəsəbəsinin Qasımzadə küçəsindəki sakinlərinin küçəyə çıxmasına əməlli-başlı problem yaradıb. 89 saylı evdə yaşayan Əhsən Məmmədov deyir ki, yağışlı havalar başlayanda nəinki küçə, həyət-baca, hətta ev-eşik də kanalizasiya sularına qərq olur:

“Bax, gecə bir az yağış bərkiyən kimi yenə döşəmələrimizdən kanalizasiya suları qalxdı, indi sular çəkilsə də evimiz üfunət içindədir”.

Həmin küçənin başqa sakini Maisə Məmmədova deyir ki, yağışda evdən çıxa bilmədiyinə görə, yağışlı günlərdə işə gedə bilmədiyinə görə ötən payızda işini itirib.

Sakinlər deyirlər ki, artıq neçə ildir bu şəraitsizliklərə dözürlər.

Maisə Məmmədova:

“Belə şey olar? Bütün diqqəti şəhərin mərkəzinə, bir də öz yaşadıqları küçələrə yönəldiblər. Sanki kənarda yaşayanlar bu ölkənin vətəndaşları deyil. Burda «nasosxana»lar var, ancaq işlətmirlər. Niyə işlətmirlər, bax səbəbi bizə də aydın deyil. Elə bil biz əziyyət çəkdikcə, problemi həll etməli qurumlar həzz alırlar”.

Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, Qasımzadə küçəsində axan sular kanalizasiya sularıdır və problemi “Azərsu” aradan qaldırmalıdır.

XS
SM
MD
LG