Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:23

-

2014-cü il dekabrın 15-də Azərbaycanın bənzərsiz rəssamı Səttar Bəhlulzadənin 105 yaşı tamam olur.

AzadlıqRadiosunun «İz» proqramı qızıl arxivindən «Bakı-Əmircan qatarının 100 yaşlı sərnişini» radiodastanının yenilənmiş versiyasını diqqətə yetirir.

Səttar Bəhlulzadə irsinin araşdırıcısı, vaxtilə ünlü rəssamla yaxından ünsiyyət saxlayan sənətşünas Ziyadxan Əliyev bu «İz»ə bələdçilik edir.

Veriliş boyu görkəmli sənətkarı yaxından tanıyanların da, onu bircə dəfə görən və ancaq adını duyanların da xatirələrini eşidəcəksiniz.

«GÜNAHLI DÜNYANIN GÜNAHSIZ UŞAĞI»

1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində doğuldu.

1974-cü il oktyabrın 13-də dünyasını dəyişdi.

Öz arzusu ilə Əmircanda torpağa tapşırıldı.

Həyatı boyunca «Mən natura dalınca Qogen kimi baş götürüb başqa diyarlara getmərəm. Doğma yurdumun təbiəti mənim ilham qaynağımdır» söylədi.

«ARAMIZDA GƏZƏN DAHİ»

Azərbaycanı qarış-qarış dolaşıb bənzərsiz əsərlər yaratdı.

Ona «aramızda gəzən dahi» dedilər…

Uşaq kimi sadə sənətkar öz anasına da, yurduna da uşaq kimi bağlı oldu.

ƏMİRCAN QATARININ ƏBƏDİ SƏRNİŞİNİ…

Ömürboyu doğulduğu kənddə yaşadı.

Bakı-Əmircan elektrik qatarında gedib-gəldi.

Şəhərdə dövlətin ona verdiyi ikiotaqlı mənzilə yaxın durmadı...

…Onu gənc rəssam Tahir Salahova bağışladı.

Qəribəliyi tək bununla bitmədi…

BU «İZ»İ İTİRMƏYİN!

«İz»ə köklənin, qəribə rəssamın – bu sadə dahinin həyat hekayətini onu sevənlərin dilindən dinləyin.

Bu «İz»i itirməyin!

Günün bütün mövzuları

XS
SM
MD
LG