Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:42

Rəsul Cəfərova əlavə ittihamlar irəli sürülüb


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərova qarşı yeni ittihamlar irəli sürülüb.

Bu haqda AzadlıqRadiosuna RATİ-nin hüquqşünası Günay İsmayılova məlumat verib:

«Dekabrın 12-də prokurorluq Rəsul Cəfərova Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179.3.2 (mənimsəmə və ya israf etmə) maddələri ilə əlavə ittihamlar irəli sürüb. Digər ittihamlar kimi yeniləri də saxta və absurddur. Çünki Rəsul Cəfərovun vəzifəsi olmadığı halda onu bu səlahiyyətləri aşmaqda ittiham edirlər».

Rəsul Cəfərov avqustun 8-də 3 ay müddətinə həbs olunub, sonradan – oktyabrın 23-də məhkəmə onun həbs müddətini daha 3 ay uzadıb.

Bundan öncə ona qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülmüşdü. Hüquq müdafiəçisi ona qarşı ittihamları rədd edir, bunu özünün fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG