Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:20

Vəkili Xədicə İsmayılla görüşüb


Yalçın İmanov
Yalçın İmanov

-
Dekabrın 12-də vəkil Yalçın İmanov həbsdə olan jurnalist Xədicə İsmayılla görüşüb.

Bu haqda AzadlıqRadiosuna vəkilin özü məlumat verib.

Yalçın İmanovun dediyinə görə, Xədicə İsmayıl saxlanma şəraitindən narazı deyil:

«Yüksək əhval-ruhiyyədədir. Hər kəsə salamları var. Dedi ki, məndən narahat olmasınlar. Onun müdafiəsində iştirak edən bütün dostlara təşəkkürünü çatdırmağımı istədi».

Yalçın İmanov deyir ki, görüş normal keçsə də, görüşdən öncə və sonra təcridxanada bir sıra problemlə üzləşib:

«Siyasi məsələlər ilə bağlı həbs olunan şəxslərin vəkillərinin üzərində əsassız yoxlamalar aparırlar. Həm təcridxanaya girəndə, həm də çıxanda. Mənim də üzərimdə axtarış aparıb, bütün qeydlərə baxmaq istəsələr də, bundan imtina etdim. Əsassız yoxlamaya görə aramızda mübahisə yarandı».

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

XS
SM
MD
LG