Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:20

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində yaxşılaşmaya doğru dəyişiklik yoxdur.

Bu haqda AzadlıqRadiosuna dekabrın 12-də onunla görüşən ailə üzvləri məlumat verib.

İntiqam Əliyevin qızı Nərmin Kamilsoy bildirir ki, başağrıları, yuxusuzluq və halsızlıq atasını narahat edir:

«Demək olar ki, müalicə almır. Əvvəlki problemlərin hamısı qalır. Bizimlə 3 saat görüşdə oldu. Başağrıları, halsızlıq hələ də var. Onu ən çox üzən yuxusuzluqdur. Buna baxmayaraq, əvvəlki kimi nikbindir. Bildirdi ki, ona ad günü təbrikləri göndərən dostlarına, müdafiəsi üçün əziyyət çəkən bütün insanlara təşəkkürlərini çatdıraq».

İntiqam Əliyev Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. İ.Əliyev əsəb və yuxusuzluqdan əziyyət çəkir.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib. Həm özü, həm də müdafiəçiləri bu həbsi sifarişli sayır. Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG