Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Polşa son günlər Rusiyanın hərbi fəallığının artığını deyir


Tomasz Siemoniak

Tomasz Siemoniak

Polşanın müdafiə naziri Tomasz Siemoniak (Tomaş Semonyak) Baltik dənizi ətrafında Rusiyanın hərbi fəallığının görünməmiş dərəcədə artığını deyir.

O bunu yerli televiziyaya müsahibəsində deyib.

Nazir qeyd edib ki, Polşa NATO-nun üzvüdür və hücum təhlükəsində deyil və Rusiyanın bu manevrləri görünür regiondakı NATO qüvvələrinin reaksiyasını yoxlamaqdır.

O bildirib ki, Polşanın ABŞ-dan müasir tipli rakelər alması məhz regiondakı indiki gərginilk üçün lazımdır.

Nazir dekabrın 11-də ABŞ-la müqavilənin imza mərasimində deyib ki, bu Polşanın indiyədək aldığı ən müasir hərbi texnikadır.

250 milyon dollarlıq sistemə hava-yer tipli 40 raket daxildir.

Bu raket kompleksi Polşaya gələn il gətiriləcək, 2017-ci ildən isə hərbi keşik çəkməyə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG