Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:19

-

"Hamiləyi normal keçmişdi. Noyabrın 23-də xəstəxanaya yerləşdirdik. Ana olacaqdı, öz həyatını itirdi".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə İmişli sakini, İsmayıllıdakı doğum evində həyatını itirmiş Afət Ağayevanın yaxın qohumları deyib.

32 yaşlı Afət Ağayevanın qızı dünyaya gəlib. Doğuşdan sonra halı pisləşib və həmin gecə saat 23 radələrində xəstəxanadaca dünyasını dəyişib. Səhhətində problemlər olduğuna görə isə körpə Bakıya göndərilib. Mərhumun ailəsi onun ölümündə həkimləri günahlandırır.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Abdullətif Maqsudov bildirib ki, doğuşu həyata keçirən mama-ginekoloq Məlahət Hüseynova tibbi şuranın qərarı ilə 6 ay müddətinə işindən uzaqlaşdırılıb. Onun sözlərinə görə, 31 yaşlı Afət Ağayevanın hamiləliyinin gedişi və doğuş normal keçib. Onun çəkisi 3 kiloqram 500 qram, boyu 52 santimetr olan qız uşağı dünyaya gəlib. Körpə müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib və hazırda onun vəziyyəti yaxşıdır. Bildirilib ki, qadının vəziyyəti doğuşdan 5 dəqiqə sonra qəflətən pisləşib, kəskin qanaxma olub və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün daha dəqiq səbəbi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyindən sonra məlum olacaq.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 maddəsi (Səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparılır.

“Doğuşu xəstəxanın həkimi Məlahət Süleymanova qəbul edib. Bu Afət Ağayevanın 4-cü uşağı olub. Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. İstintaqdan və meyitin müayinəsindən sonra ölümün dəqiq səbəbləri bilinəcək. Buna görə, indidən nəsə demək düzgün olmaz”, - bunu isə ANS-PRESS-ə müstəntiq İlkin Mustafayev bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG