Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişib


Arxiv foto

Arxiv foto

-

Bakının orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişib

Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Təhsil Nazirliyinin məlumatına görə, əmr orta ixtisas təhsili müəssisələrində 2014-2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.

Əmrə əsasən Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına və Təhsil Nazirliyinin məktubuna uyğun olaraq paytaxtda yerləşən orta ixtisas təhsili müəssisələri imtahan sessiyasını dekabrın 29-dan başlayaraq 3 həftə müddətinə başa çatdırmalıdırlar.

İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına da icazə verilir. Neqativ hallara yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Əmrdə imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versilməsi istənilib.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG