Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

«Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunuq»


NATO baş katibinin müavini J. Appathurai

NATO baş katibinin müavini J. Appathurai

-

«Əfqanıstanda sülhyaratma əməliyyatları başa çatdıqdan sonra da Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq». APA-nın məlumatına görə, bunu NATO baş katibinin müavini və Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai (Ceyms Appaturay) deyib.

NATO-nun enerji təhlükəsizliyi siyasəti, kiber təhlükəsizliklə bağlı spesifik layihələrinin olduğunu bildirən J. Appathurai Azərbaycan hakimiyyətinin NATO-nun Əfqanıstanda həyata keçirəcəyi yeni əməliyyatlarla bağlı lazımi sənədləri tez bir zamanda imzaladığını xüsusi vurğulayıb. O, Azərbaycanın İSAF əməliyyatlarına verdiyi töhfələrin NATO tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb:

«NATO Azərbaycanla müdafiə təhsili, enerji təhlükəsizliyinin təmin olunması, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahələrində birgə işləyəcək. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə birlikdə torpaqların minalardan təmizlənməsi, əhalinin burada təhlükəsiz yerləşdirilməsi istiqamətində birgə çalışırıq.

Biz Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunluq duyuruq. Biz əməkdaşlığımızı strateji tərəfdaşlığa qaldıra bilərik. İnsan hüquqları və idarəetmə sahəsində dialoqların aparılması alyans üçün olduqca əhəmiyyətlidir».

Təhlükəsizlik məsələləri, İPAP platforması çərçivəsində uğurlu əməkdaşlığın davam etdiyini söyləyən J. Appathurai QHT, fövqəladə təhlükəsizlik çağırışları istiqamətlərində də əlaqələrin inkişafına diqqət yetiriləcəyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan xüsusi nümayəndə qeyd edib ki, NATO-nun problemin həllində rolu olmasa da, alyans ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir: «Alyans rəsmi şəkildə Uels sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Təbii ki, biz münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, tərəflərin maraqlarına uyğun həllinin tərəfdarıyıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG