Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:13

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri işgəncə ittihamlarına cavab verir


John Brennan

John Brennan

“Terrorda şübhəli bilinənlərə qarşı istifadə olunmuş metodlar sanksiyalaşmamış və bəzi hallarda nifrət doğurucudur”.

Bu sözləri Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru John Brennan deyib. Bununla belə Brennan idarənin xüsusən də “heç də asan olmayan sualların” ortada olduğu məqamlarda “çox şeyləri də düzgün etdiyini” təsdiqləyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru dekabrın 11-də mətbuat konfransında çıxış edib.

Bundan iki gün öncə isə ABŞ Senatının hesabatı açıqlanmışdı. Hesabatda 11 sentyabr 2001-ci il terror hadisəsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin terrorda şübhəli bilinənlərin dindirilməsi zamanı istifadə etdiyi metodlar yer alıb.

John Brennan deyib ki, məhdud sayda hallar var ki, CIA əməkdaşları “sanksiyalaşmamış, nifrət doğuran və hamı tərəfindən rədd edilməli olan” metodlara əl atıblar.

Amma onu da əlavə edib ki, idarə əməkdaşlarının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG