Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44

“Ukraynanın şərqində atəşkəs hazırda “realdır””

Bunu Ukrayna prezidenti Petro Poroshenko deyib.

Avstraliyada səfərdə olan ölkə başçısı dekabrın 12-də bildirib ki, son yeddi ay ərzində ilk dəfədir ki, Ukrayna hərbçiləri heç bir itki verməyiblər:

“Siz təsəvvür edə bilməzsiz ki, bu, mənim üçün necə mühümdür. Bu ilk gecədir ki, nə həlak olan, nə də xəsarət alan Ukrayna əsgəri var”.

Ukrayna həbçiləri ilə Rusiya yönlü separatçılar arasında Ukraynanın şərqində atışma dekabrın 9-dan dayandırılıb. Dekabrın 11-də Ukrayna həbçilərinin sözçüsü bildirib ki, son 24 saat ərzində üç əsgər öldürülüb, səkkizi xəsarət alıb. Amma prezident Poroshenko son 24 saatın toqquşmasız keçdiyini deyir və əlavə edir ki, atışma dayanarsa “bu, Ukraynada sülh və stabillik yolunda böyük bir addım olar”.

BMT-nin məlumatına görə, Ukraynanın şərqində aprel ayının ortalarından bəri 4300 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG