Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:31

Gəncə teatrının binası yenidən tikiləcək


Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yerləşdiyi bina uçurulub yerində yenisi tikiləcək. Bu barədə «Azadlıq» radiosuna şəhərin icra başçısı Eldar Əzizov məlumat verib. Onun sözlərinə görə, bu günlərdə ölkə başçısı İlham Əliyevlə görüşüb və teatrın binasının problemlərini qaldırıb: «Cənab Əliyev bildirdi ki, onda binanı ya təmir etdirin, ya da yenisini tikin».


Teatr binasının artıq yararsız hala düşdüyünü deyən Eldar Əzizov, yeni və daha böyük binanın tikilməsini qərara aldıqlarını söylədi. O, bildirdi ki, artıq yeni binanın layihəsinin hazırlanması üçün yerli memarlara sifariş verilib.


Eldar Əzizov deyir ki, binanın inşasına gələn il başlanacaq.


Bu il Gəncə Dövlət Dram Teatrının yaranmasının 85 ili tamam olur. Üç mərtəbəli binada hazırda 500 yerlik böyük və 200 nəfərlik kiçik zal yerləşir. Teatr 5 il əvvəl təmir olunub.




Günün bütün mövzuları

XS
SM
MD
LG