Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:59

Gəncə Avtomobil Zavodunun Naxçıvanda satış mərkəzi açılıb


Gəncə Avtomobil Zavodunun satış mərkəzinin biri də Naxçıvan Muxtar Respublikasında (NMR) fəaliyyətə başladı. NMR rəsmiləri düşünürlər ki, mərkəzin bölgədə açılması yaxın gələcəkdə zavodun bir konveyrinin də Muxtar Respulikada qurulmasına şərait yaradır. Odur ki, artıq avtomobillərin yığılması və servis xidmətlərinin təşkil edilməsi üçün danışıqlar aparılır. Bu, həm NMR-də yeni iş yerlərinin açılmasına, həm də alınan maşınların vergidən yayındırılmamasına şərait yaradacaq.


NMR Ali Məclisinin sədri Vasif Talıbov deyir ki, Maliyyə Nazirliyi maşınların məhz bu satış mərkəzindən alınmasına xüsusi nəzarət etməlidir.


Mərkəzdə ilkin olaraq zavodda yığılan «Oka» və «UAZ» markalı avtomobillər satışa çıxarılıb. Yaxin günlərdə satış mərkəzinə zavodda yeni yığılan «Gəncə» markalı avtomobillərin də gətiriləcəyi bildirilir.


Mərkəzdən dedilər ki, maşınların alıcıları çoxdur. İdarə və müəsissələrdən də artıq sifarişlər qəbul edilib.


XS
SM
MD
LG