Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:46

-

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinovun sədrliyi ilə jurnalist Xədicə İsmayılın birinci instansiya məhkəməsinin qərarından şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Xədicə İsmayılın müdafiəsinə yeni qoşulan vəkil Yalçın İmanov məhkəmə qərarını belə dəyərləndirib:

«Məhkəmə hansı əsaslarla bu qərarı qəbul edir, bizə məlum deyil. Qərar elan olunarkən, heç bir əsas göstərilmədi. Sadəcə, apellyasiya şikayətinin təmin olunmadığı bildirildi. Güman edirəm ki, formal əsaslar olacaq. Xədicə İsmayıl 2 əsasla həbs olunub – istintaqın gedişinə maneçilik törətmək və proses iştirakçılarına qanunsuz təsir göstərmək ehtimalları ilə. Burda da müdafiəçilər olaraq məhkəmənin diqqətinə çatdırdıq ki, bu ehtimalları sübut edəcək hər hansı bir dəlil varsa, məhkəməyə təqdim olunsun və araşdırılsın».

Yalçın İmanov prosesdə Xədicə İsmayılın özünün də iştirak etdiyini bildirib:

«Xədicə xanım həbsinin qanunsuz, amma gözlənilən olduğunu bildirdi və dedi: «Mən azad insanam, çöldə də azad idim, həbsdə də azadam. Həbs olunmağım heç nəyi dəyişmir»».

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barədə 2 aylıq həbs qərarı çıxarıb. Jurnalist Cinayət Məcəlləsinin 125-ci – özünüöldürmə həddinə çatdırma maddəsi üzrə təqsirləndirilir. Jurnalistin özü, beynəlxalq və yerli təşkilatlar həbsin peşə fəaliyyətindən qaynaqlandığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG