Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:53

«Həyəcan təbili çalırıq ki, neft fondundan büdcəyə transferlər azaldılsın»


Neftçilərin Hüquqlarının Müdafiəsi mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarının Müdafiəsi mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı

-

«Ola bilsin ki, BP şirkəti layihələr üzrə ixtisarlar həyata keçirməsin, amma ən azından gözlənilən odur ki, baş ofisdə ixtisarlar olacaq və bu, ilk növbədə Azərbaycan vətəndaşlarına şamil olunacaq».

Neftçilərin Hüquqlarının Müdafiəsi mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı belə deyir. BP-Azərbaycan şirkətinin ixtisarlarla bağlı açıqlamasına münasibət bildirən ekspertə görə, təkcə BP Azərbaycan yox, gələn il ölkənin bütün neft sektorunda xeyli insan işdən çıxarılacaq. Buna səbəb təkcə neftin qiymətinin dünya bazarında ucuzlaşması yox, həm də ölkədə hasilatın aşağı düşməsidir:

«2 ildir ki, biz ekspertlər həyəcan təbili çalırıq ki, dövlət neft fondundan büdcəyə transferlər azaldılsın. Neft fondundan qeyri-neft sektorunun inkişafına vəsait ayrılsın. Nəticəyə baxın. Neft fondundan yalnız sosial layihələr, yol çəkilməsinə və s. pul ayırdılar. Azərbaycanda bu qədər işsizin olacağı heç kimi narahat etmir».

Azərbaycan Dövlət Neft Şirkəti də neftin qiymətinin kəskin enməsinin heç bir ixtisara səbəb olmayacağını deyir. Amma ekspert bu açıqlamanı da inandırıcı saymır. Deyir ki, Dövlət Neft Şirkəti bu ilin əvvəlindən artıq ixtisarlara başlayıb. Və bu tendensiya gələn il xüsusilə artacaq. Çünki şirkət həm də struktur islahatları aparmağa məcburdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG