Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

-

Daxili iqtisadi çətinliklərlə üzləşən Rusiya prezidenti Vladimir Putin Hindistana səfər edib. Səfərdə məqsəd nüvə enerjisi və müdafiə ilə bağlı razılaşmalara imza atmaqdır.

Putin və Hindistanın baş naziri Narendra Modi dekabrın 11-də ənənəvi Hindistan-Rusiya sammitinə qatılacaq. Tərəflər enerji əməkdaşlığı və ikitərəfli ticarət əlaqələrini müzakirə edəcəklər. Putin Dehli və Moskva arasında olan əlaqələri «imtiyazlı strateji əməkdaşlıq» adlandırıb və bildirib ki, səfərində əsas məqsəd bir neçə yeni nüvə stansiyalarının tikintisi və hərbi əməkdaşlıqdır.

İkitərəfli ticarət əlaqələri təkcə 2013-cü ildə 10 milyard dolları keçib. Hindistan Ukrayna mövzusunda Moskvaya qarşı sanksiyalara da qoşulmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG