Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:35

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri dekabrın 10-da keçirdikləri dördüncü üçtərəfli görüşlə bağlı Qars Bəyanatı imzalayıblar. Məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Nazirlər ölkələr arasında iki və üçtərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər. Onlar həll olunmayan münaqişələrdən, regiondakı son vəziyyətdən danışıblar. Xarici işlər nazirləri ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təkrarlayıblar. Bu istiqamətdə Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf rayonlarında, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionlarında münaqişələrin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına əsaslanan təcili nizamlanması barədə çağırışlarını yeniləyiblər.

Nazirlər həmçinin Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Asiya və Avropa arasında bağlantı yaradaraq ticarət dövriyyəsi və regionda iqtisadi inkişafa verəcəyi töhfənin əhəmiyyətini bildirib və aidiyyatı qurumları layihəni vaxtında tamamlamaq üçün əllərindən gələn səyi göstərməyə təşviq ediblər:

“Azərbaycan, Gürcüstan və Türkiyənin şərq və qərb, eləcə də şimal və cənub arasında mərkəzi mövqeyini qeyd edib, Böyük İpək Yolunun yenidən həyata qaytarılmasına töhfə verəcək Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, Anakliyadakı Qara Dəniz Limanının və Mərmərə Layihəsi çərçivəsində İstanbul boğazındakı sualtı tunel layihələrini alqışlayıb və bu kontekstdə ölkələr arasında gömrük proseduralarının asanlaşdırılması və infrastrukturun təkmilləşdirilməsi ilə multimodal nəqliyyatın təşkil edilməsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər”.

Nazirlər növbəti üçtərəfli görüşü 2015-ci ildə Gürcüstanda keçirməyə razılıq veriblər

Günün bütün mövzuları

XS
SM
MD
LG