Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

ABŞ Dövlət Departamenti Xədicə İsmayılın həbsindən narahatdır


Xədicə İsmayıl
Xədicə İsmayıl


“Biz Azərbaycan jurnalisti Xədicə İsmayılın həbsindən olduqca narahatıq. Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə basqılardan dərin təşviş keçiririk.”

Amerikanın Səsi -ndə bildirilir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki bəyan edib.

“Azərbaycan hökumətinin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bizi artan şəkildə narahat edir.”

Jen Psaki rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırıb.

“Onlar gələcək sabitliyi və firavanlığı açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilərlər.”

Jen Psaki əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan rəsmilərinə öz narazılıqlarını çatdırırlar.

XS
SM
MD
LG