Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

Malala Yousafzai və Kailash Satyarthiyə Nobel sülh mükafatı təqdim edildi


Malala və Kailash
Malala və Kailash

17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yousafzai və hindistanlı uşaq haqları müdafiəçisi Kailash Satyarthiyə dekabrın 10-da Osloda 2014-cü il Nobel sülh mükafatı təqdim edilib.

Malala Azadlıq Radiosunun Pakistan xidmətinə müsahibəsində bildirib ki, uşaqları əməyə məcbur eləmək olmaz-onlara təhsil almaq imkanı yaradılmalıdır.

Qızların təhsil hüquqları uğrunda mübarizə aparan Malala 2012-ci ildə Pakistanda talibançıların hücumuna məruz qalmış və başından ölümcül güllə yarası almışdı.

Birminqem klinikasında müalicədən sonra o Böyük Britaniyada yaşayır.

O BBC-yə müsahibəsində deyib ki, siyasətlə məşğul olmaq və nə vaxtsa Pakistanın baş naziri olmaq istəyir.

XS
SM
MD
LG