Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:11

Neft Fondu hansı bank səhmlərinin düşməsindən itirib?


VTB Bank
VTB Bank

-

«Rusiyanın VTB Bankın səhmlərində yüksək qiymət dəyişkənliyi müşahidə olunur və bu da öz növbəsində investisiyanın dəyərinə neqativ təsir göstərir».

Bunu Azərbaycan Dövlət Neft Fondu AzadlıqRadiosunun informasiya sorğusuna cavabında bildirib.

«Rusiyaya qarşı sanksiyalar Neft Fondunun bank sektorundakı sərmayəsinə hansı təsirləri var» sualının cavabında qurumun göndərdiyi açıqlamada deyilir ki, bu kimi yatırımlar qısamüddətli dövrdə spekulyativ məqsədlər üçün deyil, məhz uzunmüddətli dövr üçünnəzərdə tutulur:

«Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların VTB Bank-ın səhm qiymətlərinə müəyyən müddət intervalında mənfi təsir göstərməsinə baxmayaraq, bankın uzunmüddətli dövrdə ciddi problemlərlə üzləşməyəcəyi qənaətindəyik».

Neft Fondu rublun dollara nisbətdə düşməsi nəticəsində nə qədər itirdiyini konkret göstərməsə də, Rusiya rublunda ifadə olunan aktivlərinin dəyərinin düşdüyünü bildirir. Amma qurum onu da əlavə edir ki, Rusiya rublunun investisiya portfelindəki xüsusi çəkisi təxminən 1 faizdir.

Neft Fondu vurğulayır ki, valyuta vəsaitlərinin 50 faizə qədəri ABŞ dollarında yerləşdirildiyindən bu valyutada olan aktivlərin dəyəri artıb.

İqtisadçı şərhçilər, o cümlədən bir neçə millət vəkili Neft Fondunun rubla qoyduğu investisiyaya yenidən baxılmasını istəyir. Ölkə prezidenti İlham Əliyev isə «Rossiya 24» telekanalına müsahibəsində Rusiyanı iri investisiyalar üçün əlverişli ölkə sayıb.

XS
SM
MD
LG