Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Azərbaycan,Türkiyə və Gürcüstan əməkdaşlığı gücləndirir


Mevlut Cavusoglu

Mevlut Cavusoglu

Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli əməkdaşlığı genişləndirmək fikrindədir.

Bunu özünün “Tvitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

O qeyd edib ki, tərəflər Trans-Anadolu qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryol kimi layihələrdə əməkdaşılığı davam etdirmək niyyətindədir.

Dekabrın 9-da Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.

Bundan başqa nazirlər arasında ikitərəfli görüşlər olub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə, Trans-Anadolu qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG