Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

Bakıda qırğız şairinin 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib


Toktoqul Satilqanov
Toktoqul Satilqanov

-

"Türk xalqları müəyyən siyasi proseslər nəticəsində öz sənətkarlarına lazımi qiyməti verə bilməyib.”

Bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qırğız şairi, ozanı və bəstəkarı Toktoqul Satılqanovun 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda dilə gətirib.

Nazir bildirib ki, son illər istər TÜRKSOY, istərsə də UNESCO tərəfindən türk dünyasına məxsus böyük şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi təqdirəlayiq haldır və qarşılıqlı münasibətlərin gücləndirilməsinə ciddi əhəmiyyət verilməlidir:

"Bu bizim birgə irsimizdir və dünya ictimaiyyətinə birlikdə təqdim edilməlidir".

Azərbaycan Milli Kitabxanasında keçirilən yubiley Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə TÜRKSOY tərəfindən nəşr edilmiş "Toktoqul Satılqanov: Seçilmiş əsərləri" və Türkiyənin Əskişəhir valiliyi tərəfindən beş dildə çap edilmiş "Toktoqul - Şeirə, nəğməyə çevrilən ömür" kitablarının təqdimatı olub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyin sədri, yazıçı Anar, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna, "Toktoqul - Şeirə, nəğməyə çevrilən ömür" kitabının müəllifi, Ankara Universitetinin professoru Gülzura Cumakunova, BDU-nun professoru Ramiz Əsgər, Qırğızıstanın TÜRKSOY-kı nümayəndəsi Kocagəldi Kuluyev, Özbəkistan, Qazaxıstan və Qırğızıstan Elmlər Akademiyasının professorları çıxış edbilər.

Tədbirdə qırğızıstanlı sənətçi Elmirbek İmanalıyevin ifası dinlənilib və Toktoqula həsr edilmiş film nümayiş olunub.

Konfransın sonunda Düsen Kaseinov konfrans iştirakçılarına TÜRKSOY-un "Toktoqul medalı"nı təqdim etdi.

Qırğızıstandan gələn nümayəndə heyəti isə nazir Əbülfəs Qarayevə tədbirin keçirilməsinə yaratdığı şəraitə görə təşəkkür edərək qırğız milli geyimini hədiyyə edib.

Toktoqul Satılqanov 1864-cü ildə Oş bölgəsinin Kətmən-Töbö rayonunun Kuşçu Suyu kəndində doğulub. 13 yaşından şeir yazmağa başlayıb.

1898-ci ildə çar Rusiyası tərəfindən Əndican üsyanına qatıldığı üçün əvvəlcə edama məhkum edilib, daha sonra bu cəza Sibir sürgünü ilə əvəzlənib. Şair 4 il sonra sürgündən qaça bilb.

Eynən Göyçəli Aşıq Ələsgər kimi onun da yaratdıqları xalq arasında geniş yayılıb və yazıya alınmayıb.

Sovetlər dönəmində onun yaradıcılığı xalqdan toplanıb və nəşr edilib.

Qırğız ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələrə görə şairin adı vətənində bir çox yerlərə verilib.

Qırğız Dövlət Filarmoniyası da onun adını daşıyır.

Qırğızıstanda şairin adına dövlət mükafatı qurulub.

Toktoqul Satılqanov 1938-ci ildə vəfat edib.

TÜRKSOY 2014-cü ili "Toktoqul Satılqanov ili" elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG