Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:49

Xədicə İsmayıla azadlıq tələbilə Gürcüstanda aksiya keçirilib [Video]


-

«Azərbaycan hökuməti, vətəndaşlarının hüquqlarına hörmət et!», «Azadlıq qazdan daha önəmlidir!», «Xədicə İsmayıla azadlıq!» kimi şüarla dekabrın 10-da Gürcüstanda iki etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılın və digər siyasi məhbusların həbsinə etiraz ediblər.

Aksiyalardan biri – Tbilisidə Azərbaycan səfirliyinin, digəri Batumidə Azərbaycan nümayəndəliyinin önündə keçirilib. Aksiya iştirakçısı əllərində gürcü və ingilis dillərində yazılmış plakatlar, Xədicə İsmayılın fotolarını tutublar.

Jurnalist Xədicə İsmayıl dekabrın 5-də 2 ay müddətinə həbs olunub. O, özünü öldürmə həddinə çatdırmada ittiham olunur. Yerli və beynəlxalq təşkilatlar jurnalistin fəaliyyətinə, özəlliklə prezident ailəsinin gizli biznesini üzə çıxaran araşdırmalarına görə həbs edildiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG