Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Nardaranlılar etiraz aksiyasında nə tələb edib?


Nardaranlılar etiraz aksiyasında nə tələb edib?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Nardaranlılar etiraz aksiyasında nə tələb edib?

-

«Bizim kəndə işıq vermirlər, qaz yoxdur. Bu qışın soyuğunda evlərimizi isidə bilmirik. Danışıqlar da nəticə verməyəndən sonra kənd camaatı etiraz aksiyası keçirdi».

Bunu AzadlıqRadiosuna Nardaran kənd sakini Hacı Natiq Kərimov deyib. Dekabrın 8-də Nardaran kənd sakinləri mərkəzi meydanda etiraz aksiyası keçirib. Onlar kənddə kommunal problemlərə, özəlliklə son günlər elektrik enerjisinin fasilələrlə verilməsinə diqqət çəkiblər. Natiq Kərimov bildirib ki, son 2 gündə işıq problemi həll olunub:

«Azı bir həftədir kəndin işıqlarını kəsiblər. Sutkada 6-7 saat fasilələrlə işıq verilir. Qalan vaxtlar işıqları kəsirlər. Amma kəndəki boş villalarda çıl-çıraqlar yanır. Bizim etiraz aksiyasından sonra hələ ki, bütün gün işıqlar verilir. Biz də çalışacayıq imkanımız daxilində elektrik enerji haqqını ödəyək».

Kəndlilərin həm elektrik, həm də qaza xeyli borcları var. N. Kərimov deyir ki, qaz idarəsi ilə danışıq aparıblar, kənd məhəllə-məhəllə qazla təmin edilir:

«Düzdür, mənim yaşadığım məhəllədə hələ qaz yoxdur. Amma digər məhəllələr qismən qazla təmin olunur. Əsas problem işlizlikdir. Gənclərimiz əli cibində boş-bekar gəzirlər. Biz bu haqda azı 10 ildir danışırıq. Yenə əvvəllər kəndlilər, Rusiyaya, Türkiyəyə alverə gedirdilər. İndi vəziyyət pisdir. Kənddə də su verilmir ki, camaat əkin-biçinlə məşğul olsun. Bizim əhalinin sosial durumu çox pisdir. Vəziyyət heç yaxşı deyil. Əgər camaat hardasa işləsəydi kommunal xərclərini də ödəyərdi. Yoxsa, bizə hansısa güzəşt olunmasa biz borcumuzu ödəyə bilmərik».

On minə qədər sakini olan Nardaranda 1500-dən çox abonent var. Onların da haradasa 500 abonenti internetdən istifadə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG