Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:59

Dekabrın 10-da Nəsimi rayon məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərov iştirakı ilə onun ev dustaqlığına buraxılmasına görə müraciətinə baxılıb. Məhkəmə müraciəti təmin etməyib. Bu haqda AzadlıqRadiosuna hüquqşünas Günay İsmayılova məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək.

Rəsul Cəfərov avqustun 8-də 3 ay müddətinə həbs olunub, sonradan – oktyabrın 23-də məhkəmə onun həbs müddətini daha 3 ay uzadıb.

Ona qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçisi ona qarşı ittihamları rədd edir, bunu özünün fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG