Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

Hakim vəkil Bəhruz Bayramovdan şikayət edib


Yasamal Rayon Məhkəməsinin hakimi vəkil Bəhruz Bayramovdan şikayət edib. Bununla bağlı vəkilin özü AzadlıqRadiosuna məlumat verib.

Dekabrın 10-u vəkil Vəkillər Kollegiyasına çağırılıb. Səbəb Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət etməsidir. Hakim şikayət edib ki, vəkil prosesdə iştirak etməməklə qəsdən prosesi ləngidir.

Bu iddianı rədd edən Bəhruz Bayramov dediyinə görə, izahatında da bildirib ki, azyaşlı övladının səhhəti ilə bağlı ölkədən kənarda olduğuna görə prosesə qatıla bilməyib. O bu barədə hüquqlarını qoruduğu Milli Şuranın hüquq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəyliyə məlumat verib. Gültəkin Hacıbəyli prosesin davam etdirilməsini istəsə də hakim bununla razılaşmayıb, vəkildən şikayət edib.

Vəkillər Kollegiyası vəkilin izahatını almaqla kifayətlənib.

Yasamal Rayon Məhkəməsində keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG