Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:59

Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi bəyanat verdi


Xədicə İsmayılın həbsinə etiraz. ABŞ

Xədicə İsmayılın həbsinə etiraz. ABŞ

"İnanırıq ki, bütün repressiyalara baxmayaraq xalqımız öz mübarizəsi ilə azadlığına və demokratik inkişafına nail olacaq"

Leyla Yunus və digər Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi dekabrın 9-da bəyanat verib. Bəyanatda bildirilir ki, hakimiyyət davamlı təpkilərə baxmayaraq azad mediaya qarşı repressiyaları davam etdirir və bu repressiyalar dövlətin rəsmi siyasətinə çevrilib.

"Yerli və beynəlxalq ictimai rəydə dayaqlarını və nüfuzunu sürətlə itirən Əliyev rejimi hakimiyyətini qorumağın yeganə yolunu Azərbaycan xalqını qorxu xofu altında saxlamaqda görür.

Təəssüf ki, repressiyalar rəsmi Bakının Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etdiyi ötən 6 ayda azalan deyil, artan xətt üzrə davam etdi. Ölkənin ən tanınmış hüquq müdafiəçiləri, ictimai fəalları həbsə atıldı, bir sıra qanunlara mürtəce dəyişikliklər edildi, QHT- lərin bank hesabına həbslər qoyuldu, onlarca vətəndaş cəmiyyəti fəalı ölkəni tərk etmək məcburiyyətində qaldı."

Bəyanatda Ramiz Mehdiyevin sonuncu məqaləsinə və jurnalist Xədicə İsmayılın həbsinə də münasibət bildirilib. Komitə jurnalistə qarşı ittihamların absurd olduğunu bildirir :

"Hüquq mühafizə orqanları PA rəhbəri Ramiz Mehdiyevin dərc etdirdiyi anti- qərb məqaləsinin ardınca yeni həbslərə start verib. Bu addımlardan biri, heç şübhəsiz hakimiyyətin uzun müddətdir ki, susdurmaq istədiyi tanınmış araşdırmaçı jurnalist, “AzadlıqRadiosu"nun əməkdaşı Xədicə İsmayılın şərlənərək həbs edilməsidir.

Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi hesab edir ki, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı ittihamlar absurd, gülünc və qondarmadır. Hakimiyyət onu susdurmaq, qisas almaq və cəmiyyətdə qorxu xofu yaratmaq üçün xeyli müddət idi ki, bu həbsi həyata keçirmək istəyirdi.

İnanırıq ki, bütün repressiyalara baxmayaraq xalqımız öz mübarizəsi ilə azadlığına və demokratik inkişafına nail olacaq.

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi qanunsuz həbslərə son qoyulmasını, vətəndaş cəmiyyəti fəallarına qarşı aparılan repressiyaların durdurulmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxmasını tələb edir."

Günün bütün mövzuları

XS
SM
MD
LG