Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Naxçıvanlı fəal Hicran Qasımov şahidlərlə üzləşdirilib


Hicran Qasımov

Hicran Qasımov

-

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımov istintaq hərəkətləri aparılması üçün dekabrın 8-də Culfa rayon Kırna kəndinə gətirilib.

Bu haqda AzadlıqRadiosuna AXCP fəalının anası Rahilə Qasımova məlumat verib. Onun dediyinə görə, Kırna kəndində Hicran Qasımovun şahid kimi göstərdiyi şəxslərlə üzləşməsi də olub:

«Hicran həbs olunan gün Kırna kəndindəki dükanlara mal verərkən avtomobilin arxa oturacağında qara bükülü və bıçaq tapmışdı. Bunları onun avtomobilinə qəsdən atmışdılar. O şübhələndiyindən, dərhal əlcək geyinib və avtomobildən tapdıqlarını kənd camaatının gözü qarşısında zibil qutusuna atmışdı. Bundan 1 saat sonra isə Hicranı həbs etmişdilər. İndi təcridxanadan gətiriblər Kırnaya ki, hadisə necə olduğunu göstərsin. Burada da Hicranın şahid kimi göstərdiyi şəxslər gördüklərini boyunlarına almayıblar. Bizdə olan məlumata görə, əvvəlcədən hamısına hədə-qorxu gəliblər ki, Hicran gələndə hadisədən xəbərsiz olduqlarını desinlər».

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG