Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:54

Ukrayna deyir ki, Rusiya Avropa Birliyinin daxilində nifaq salmağa çalışır


Ukraynanın Avropa Birliyindəki səfiri Kostiantyn Yelisiev Rusiyanı birliyin daxilində nifaq salma cəhddə günahlandırıb.

O belə bir bəyanatla dekabrın 9-da Brüsseldə çıxış edib.

Ylisiev deyib ki, ilk növbədə Avropa Birliyinin daxilindəki həmrəylik və birliyi qorumaq lazımdır.

Çünki Kremlin əsas məqsədi onun daxilindəki birliyi pozmaqdır.

O buna misal kimi Rusiyanın Qara Dənizin dibindən keçəcək Cənub Axını layihəsindən üz döndərməsini göstərib və qeyd edib ki, məqsəd Avropa Birliyinin daxilində parçalanma yaratmaqdır.

Moskva bu layihənin ləğvinə görə Avropa Birliyini , Avropa rəsmiləri isə Rusiyanı günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG