Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:54

Kosovo parlamenti yeni kabineti təsdiqləyib


Kosovo parlamenti
Kosovo parlamenti

Kosovo parlamenti yeni kabineti təsdiqləyib.

Yeni hökumətə Priştinanın keçmiş meri İsa Mustafa rəhbərlik edir.

Onun rəhbərlik etdiyi Demokratik Liqa partiyası dekabrın 8-də getməkdə olan baş nazir Hashim Tachinin Demokrat partiyası ilə koalisiya razılaşması imzalayıb.

Tachi yeni hökumətdə xarici işlər naziri olacaq.

Kosovo 2008-ci ildə müstəqilliyini bəyan etdikdən sonra hökumətə Hashim Tachi rəhbərlik edirdi.

Hazırda Kosovonu 100-dən çox ölkə tanıyır.

Amma Serbiya başda olmaqla Rusiya və bir sıra ölkələr hələlik onun müstəqilliyini tanımırlar.

Kosovo ilə münasibətlərin normallaşması Serbiyanın Avropa Birliyinə qəbul edilməsində əsas şərtlərdən biridir.

XS
SM
MD
LG