Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:41

«Azərbaycan avtoritarizmdən diktaturaya necə keçdi?» - Rüstəm İbrahimbəyovla müsahibə [Anons]


Kinossenarist və yazıçı Rüstəm İbrahimbəyov
Kinossenarist və yazıçı Rüstəm İbrahimbəyov

-

Kinossenarist və yazıçı Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı müsahibə verib. Rüstəm İbrahimbəyov deyir ki, Azərbaycanda yaranmış və gündən-günə artan çətin vəziyyət onu dəhşətə gətirib:

«Hakimiyyətin insan hüquqlarını, ictimai fikri belə tapdalaması beynəlxalq aləmdə Azərbaycanın imicinə böyük bir zərbə vurur. Müxtəlif adamlarla görüşürəm, hamısı təəccüblənir ki, Azərbaycan qısa bir vaxtda, bir neçə ilin içində avtoritarizmdən açıq diktaturaya keçib?

Xüsusən axırıncı həbslər: Leyla Yunus, onun həyat yoldaşı Arif Yunusun, Rauf Mirqədirovun, Anar Məmmədlinin və digərlərinin əsassız, siyasi motivlərlə həbsi normal adam üçün böyük zərbədir. Xədicə İsmayılla bağlı yaranmış son hadisələr dəhşət doğurur. Xədicə çox dəyərli, parlaq bir insandır və onun fəaliyyəti ictimai tariximizdə qalacaq. Mənə elə gəlir ki, Xədicəyə qarşı görülən tədbirlər çox kobud və böyük bir səhvdir».

Rüstəm İbrahimbəyovla geniş müsahibəni yaxınlarda oxuya bilərsiz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG