Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

-

Gələn il Azərbaycan hökuməti təxminən 1 milyard dollar məbləğində borc qaytaracaq.

Fins.az-ın məlumatına görə, bu 2015-cü ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulub.

Layihəyə əsasən, ödəniləcək məbləğin təxminən 73 milyon manatı daxili dövlət borcu, 703 milyon manata yaxını isə xarici dövlət borcu təşkil edəcək.

Hökumət xarici borcdan 239 milyon 670 min manatını faiz kimi ödəyəcək, 463 milyon manat isə əsas borc kimi qaytaracaq.

Maliyyə Nazirliyinin bu ilin oktyabrına olan məlumatına görə, Azərbaycanın 6 milyard 380 milyon dollar xarici borcu var. Ümumilikdə xarici borc Ümumi Daxili Məhsulun 8.5 faizini təşkil edir.

Hökumət əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından borc alıb.

Maliyyə Nazirliyi bildirir ki, bu borc iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG