Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

«Avtomobil yolları» Məqsədli Büdcə Fondu yaradılıb


Prezident İlham Əliyev «Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun yaradılması haqqında sərəncam imzalayıb.


Fond yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən, motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu hesabına formalaşır.


Sərəncamda bildirilir ki, fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Nəqliyyat Nazirliyidir.


Sərəncam 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.


Günün bütün mövzuları

XS
SM
MD
LG