Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:15

-

Dekabrın 10-da saat 19:00-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Elm və mədəniyyət xadimlərinin iştirak edəcəyi tədbirdə Nəbi Xəzrinin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri və sözlərinə yazılmış mahnılar səsləndiriləcək.

60 ildən artıq ədəbiyyata xidmət etmiş Nəbi Xəzrinin əsərləri mövzu genişliyi və rəngarəngliyi ilə seçilir. Şair "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Ağ şimşəklər", "Torpaq, sənə and içirəm", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və başqa kitabların müəllifidir.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə çevrilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib.

Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.

Nəbi Xəzri bir sıra orden və medallara, o cümlədən "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG