Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

Beynəlxalq hekayə müsabiqəsinin azərbaycanlı qalibi də var


III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəs

III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəs

-
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqə Avrasiya Yazarlar Birliyinin, TÜRKSOY-un, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

13 fərqli bölgədə keçirilmiş bu müsabiqə iki turdan ibarət olub. Ölkə üzrə qalib əsərlər əsas müsabiqəyə təqdim olunub.

2013-cü ildə II Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi azərbaycanlı şair və nasir Əjdər Ol olduğundan bu il mükafatlandırma mərasimi Bakıda keçirilib.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları iştirak ediblər.

Mərasim çərçivəsində Şimali Kiprdən olan yazıçı İsmayıl Bozkurta “Türk dünyasında ilin ədəbiyyat adamı–2014” mükafatı təqdim edilib.

Sonra müsabiqənin ölkə turunda qalib olmuş azərbaycanlı yazarlar mükafatlandırılıblar.

Müsabiqədə qazaxıstanlı Oraz Nurğali birinci, Rusiya Federasiyasının Tatarıstan Respublikasından Aygül Əhmədğaliyeva ikinci və azərbaycanlı Alpay Azər üçüncü yerləri tutublar.

Müsabiqəsinin qaliblərinə fəxri fərman və pul mükafatları təqdim olunub.

Mərasimə musiqili proqramla yekun vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG