Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:20

-

Əmlak Komitəsinin şərti: «8 km bazarı yenidən qurulmalıdır»

Əmlak Məsələləri Dövlət Komitəsi Bakının Nizami rayonunda yerləşən «8-ci kilometr Ticarət Mərkəzi» SC-nin səhmlərinin 99,89 faizinin satılması üzrə investisiya müsabiqəsi elan edib.

Fins.az-ın məlumatına görə, nizamnamə kapitalı 1 milyon 31 min manat olan «8-ci kilometr Ticarət Mərkəzi»nin 515 mindən çox səhmi var. Hər səhmin qiyməti 2 manatdır. İnvestisiya müsabiqəsinə ümumi dəyəri 1 milyon 30 min manat olan 515 minə yaxın səhm çıxarılıb. Şərtlərə görə, müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.

Müsabiqənin şərtlərinə görə, «8-ci km bazarı»nı alan investor onun fəaliyyətini müasir standartlara uyğun qurmalı, bazarın ərazisindəki tikili və qurğuları təmir və yaxud bərpa etməlidir. ASC-nin yeni sahibi bazarın ərazini abadlaşdırmalı, işçilərin sosial təminatı və yeni iş yerlərinin açılması üçün işlər görməlidir. Bundan başqa, müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir.

Müsabiqə təklifləri 2015-ci il yanvarın 14-dək qəbul ediləcək. Təkliflər yanvarın 16-da qiymətləndiriləcək.

«8-ci kilometr Ticarət Mərkəzi» 1980-ci ildə istifadəyə verilib. Mərkəzdə 40 nəfər işləyir.

Hazırda «8-ci kilometr Ticarət Mərkəzi»-nin 50 min manata yaxın kreditor və debitor borcu var.

Günün bütün mövzuları

XS
SM
MD
LG