Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:09

İran səfirliyi qarşısında növbəti piket cəhdi


Oktyabrın 13-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasına cəhd göstərdi. Ancaq polis piketin qarşısını aldı. 5 nəfər aksiya iştirakçısı saxlanılaraq 9-cu Polis Bölməsinə aparıldı. Bununla belə, piketin təşkilatçıları qətnaməni səfirliyə təqdim edə bildilər. Qətnamədə İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaları üçün şəraitin yaradılması və habelə həsdə olan şəxslərin azadlığa buraxılması tələb edilir.


Sentyabrın 22-də və 29-da da eyni tələblərlə AMİP İranın Bakıdakı səfirliyi qarşısında piketə cəhd göstərmişdi


Sentyabrın 25-də isə özünü «Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək» Komitəsi adlandıran qurumun bir qrup fəalı da İran səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirməyə cəhd etmişdi.


XS
SM
MD
LG