Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:01

Sərhəddən 19 kq narkotik keçirmək istəyən 11 nəfər saxlanılıb


Həşiş (Arxiv foto)

Həşiş (Arxiv foto)

-

Milli Təhlükəsizlik Nazirliyi (MTN) 19 kiloqramdan artıq narkotik vasitənin İrandan Azərbaycana qanunsuz keçirməlisinin qarşısını alıb, 11 nəfər saxlanıb.

APA MTN-in ictimai əlaqələr idarəsinə istinadən xəbər verir ki, gömrük nəzarətində baxış zamanı ayrı-ayrılıqda 2 kiloqram 700 qram heroin, 15 kiloqram 891 qram tiryək, 700 qrama yaxın həşiş qətranı aşkar edilib.

MTN bildirir ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanıb.

Saxlananlar Azərbaycan vətəndaşlarıdır. Onların 9-u kişi, 2-si qadındır. Bir kişi həyat yoldaşı ilə birgə saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG