Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:42


Nyu-York birjasında xam neftin qiyməti azı 4 faiz düşüb. Bazar ertəsi bir barrelin qiyməti 63 dollar 3 sent olub. Bu, WTI markalı neftin son beş ildə ən aşağı qıymətidir. Brent markalı neftin London bazarında qiyməti 66 dollar 19 sentə enib.

Mütəxəssislərin fikrincə, ucuzlaşmaya başlıca səbəb Morgan Stanley maliyyə koorparasiyasının öz proqnozlarını dərc etməsi olub. Həmin proqnozlara görə, 2015-ci ildə bütün dünyada neftə olan təklif tələbi üstələyəcək.

Proqnozlarda o da bildirilir ki, 2015-ci ildə Brent markalı xam neftin bir barrelini orta qiyməti 70 dollar olacaq. Morgan Stanley analitikləri deyirlər ki, ən pis halda neftin qiyməti 43 dollara düşəcək.

Bu ilin iyul ayından bu yana dünyada neftin qiyməti 40 faizə qədər ucuzlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG