Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:41

Fransa səfiri təəssüflənir


Fransanın Azərbaycandakı səfiri Bernard dü Şafo, 13 oktyabr 2006

Fransanın Azərbaycandakı səfiri Bernard dü Şafo, 13 oktyabr 2006

«Erməni soyqırımı iddialarını tanımayanların cəzalandırılması ilə bağlı qanun layihəsinin qəbulu Fransa hökumətinə heç nə gətirməyəcək. Əksinə uzun müddət Fransa-Türkiyə, Fransa-Azərbaycan münasibətlərinə kölgə salacaq» - Fransanın Azərbaycandakı səfiri Bernard dü Şafo bu qənaətdədir. O, sözügedən qanun layihəsinin Milli Assambleyada birinci oxunuşda qəbul olunmasından təəssüfləndiyini bildirir. Layihənin Fransanın özündə sərt tənqidlə üzləşdiyini söyləyən səfir, erməni lobbisi kimi türkəsilli vətəndaşları bu yöndə fəal olmağa çağırır.


Cənab dü Şafo Azərbaycan Xarici İşlər Nazirliyinin oktyabrın 12-də verdiyi bəyanatın müsbət tonda olmasından və tərəfləri soyuqqanlılığa çağırmasından məmnun qaldığını söylədi: «Mən Azərbaycandakı və Türkiyədəki reaksiyaları başa düşürəm. Məncə, soyuqqanlı olmaq lazımdır. Qanun layihəsinin qəbul olunmaması üçün bir neçə şans var».


Səfir Bernard dü Şafo hesab edir ki, Milli Assambleya qanun layihəsini qəbul etsə də, Fransada «daha ağıllı» sayılan senatorların müzakirəsindən keçməyəcək. Amma qəbul olunsa belə, onun yerli qanunvericiliyə uyğunluğunu araşdıran Konstitusiya Şurası layihəni rədd edə və ya son mərhələdə prezident ona imza atmaya bilər. Sözügedən qanun layihəsinin müzakirələri gələn ilin yazında davam etdiriləcək.


Milli Məclisin spikeri Oqtay Əsədov isə parlamentin oktyabrın 13-də keçirilən iclasında bildirib ki, Fransa parlamentinin addımına etiraz bəyanatı hazırlamaq üçün vitse-spiker Bahar Muradovanın başçılığı ilə komissiya yaradılıb. Milli Məclisin etiraz bəyanatını günün ikinci yarısında qəbul edəcəyi gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG