Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43

"Ukrayna hərbi qüvvələri “sükuta hazırdırlar”"


Donetsk,hərbi qüvvə

Donetsk,hərbi qüvvə

Ukraynanın şərqində “Sükut Günü” müşahidə olunur. Ukrayna hökumət qüvvələri və Rusiya yönlü separatçıları mübarizəyə son qoymaqla bağlı aralarındakı razılaşmaya əməl edirlər. Ukrayna prezidenti Petro Poroshenko deyib ki, Ukrayna hərbi qüvvələri üç ay əvvəl Minskdə imzalanmış razılığa əsasən dekabrın 9-dan atışmanı dayandırır.

Müdafiə Naziri Stepan Poltorak da dekabrın 8-də bildirib ki, Ukrayna hərbi qüvvələri “sükuta hazırdırlar”. Ukraynanın şərq regionları Donetsk və Luqanskdakı bəzi Rusiya yönlü separatçılar da oxşar fikir səsləndiriblər.

Poroshenko zorakılığa son qoymaqla bağlı ilkin razılaşmanın 9 dekabr Minks görüşü ilə əlaqədar əldə olunduğunu da bildirib. Özünü Donetsk xalq respublikasının Ali şurasının sədri elan etmiş Denis Pushilin isə deyib ki, görüş dekabrın 12-də baş tutacaq. Rəsmi Kreml bəyan edib ki, görüşün bu həftə baş tutması üçün “əlindən gələni edir”.

XS
SM
MD
LG