Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:16

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı tanınmış araşdırmaçı- jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

“Xeyli vaxtdır hakimiyyətin təqib və təzyiqləri ilə üzləşən tanınmış araşdırmaçı- jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın şərlənərək həbs edilməsi onunla bağlı aparılan siyasətin məntiqi nəticəsi və qisasçılıq cəhdi hesab olunmalıdır. Çünki hakimiyyət neçə vaxtdır ki, onun fəaliyyətini məhdudlaşdırmaq, özünü isə tam neytrallaşdırmaq üçün müxtəlif üsullara əl atır, inhisarında olan təbliğat ruporlarından, idarə etdiyi ictimai- siyasi “fəallardan” onun həbsi üçün istifadə edir, bu istiqamətdə ictimai və hüquqi zəmin hazırlayırdı. Onu gah vətənə xəyanətdə, gah dövlət sirrini yaymaqda, mövzu qıtlığı olanda isə ermənipərəstlikdə ittiham edirdi. Bütün bunlara baxmayaraq araşdırma yazılarından və mübarizəsindən geri çəkilməyən Xədicə İsmayılın şəxsi həyatına müdaxilə edən hakimiyyət onu təhdid və şantaj etməkdən də çəkinmədi.

Qurum bildirir ki, Xədicə İsmayıl siyasi məhbus probleminin gündəmə gəlməsi, siyasi baxışlarına görə həbs olunan şəxslərin vahid siyahısının hazırlanmasında yaxından iştirak edib. Bir sözlə hakimiyyət cəsarətli, istedadlı jurnalisti, vətəndaş cəmiyyəti fəalını, bloqqeri, insan haqlarının təminatçısına çevrilmiş bir tanınmış ictimai xadimi həbsə atmaq üçün xeyli vaxtdır hazırladığı ssenarini həyata keçirdi. Gülünc, absurd və gülməli ittihamla Xədicə İsmayılı şərləyərək həbs etdi.

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı hakimiyyətdən Xədicə İsmayıl daxil olmaqla şərləyib qondarma ittihamlarla həbsə atdığı bütün siyasi məhbusları dərhal və qeyd- şərtsiz azadlığa buraxmağı, vətəndaş cəmiyyəti fəallarına qarşı yürütdüyü repressiyaları dayandırmağı tələb edir.”

Günün bütün mövzuları

XS
SM
MD
LG