Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:24

ABŞ Helsinki Komissiyası Xədicə İsmayılın həbsindən dərin narahatdır


Ben Cardin

Ben Cardin


ABŞ-ın Helsinki Komissiyasının sədri Senator Ben Cardin AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə görə bəyanat verib. Bəyanatda deyilir:

“Xanım İsmayılovanın saxlanmasından dərin narahatlıq hissi keçirirəm. O, ölkədəki korrupsiyanı ifşa etdiyinə və siyasi məhbusları müdafiə etdiyinə görə Azərbaycan hökumətinin daimi təqibinə məruz qalıb. Ona əcaib ittihamlar irəli sürülüb və görünür ki, məqsəd Azərbaycanda qalan az sayda müstəqil səslərdən birini susdurmaqdır”.

“Xanım İsmayılova 2014-cü il noyabrın 19-da ABŞ Helsinki Komissiyasında ifadə verməliydi, ancaq başqa bir hüquqi işlə bağlı hökumətin qoyduğu səyahət qadağası üzündən gələ bilmədi. Xanım İsmayılovaya hazırkı “intihar həddinə çatdırma” ittihamı isə hakimiyyətin illərdir onu məruz qoyduğu qısnamanın dərinləşməsidir”.

Senator Ben Cardin daha sonra bildirir:

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü kimi Azərbaycan üzərinə insan haqlarına hörmət öhdəliyi götürüb. Buraya media azadlığı da daxildir. ABŞ Helsinki Komissiyası bir daha Azərbaycan hökumətini vədlərinə əməl etməyə çağırır. Xanım İsmayılova daxil olmaqla, bütün jurnalistlərə qarşı təqibə son qoysun”.

Helsinki Komissiyasına ABŞ senatının doqquz, Nümayəndələr Palatasının doqquz üzvü, Dövlət, Müdafiə və Ticarət Departamentlərinin hərəsindən bir üzv daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG