Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

ABŞ müttəfiqləri İraqa əlavə olaraq 1500 əsgər göndərəcəklər


General James Terry.

General James Terry.

ABŞ müttəfiqüləri İslam Dövlətinə qarşı döyüşən İraq və kürd qüvvələrinin təlimi və onlara hərbi məşvərət verilməsi üçün İraqa daha 1500 hərbçi göndərəcəklər.

“Həqiqi Həll” (Inherent Resolve ) kod adlı əmıəliyyata rəhbərlik edən general-leytenant James Terry deyib ki, beləliklə, İraqdakı 3100 əsgəri qüvvəlik qoşunlara daha 1500 hərbçi əlavə olunacaq.

Bu barədə qərar Müttəfiqlərin dekabrın əvvəllərində keçirilmiş müşavirəsində qəbul edilib.

Mətbuat xəbər verir ki, son aylarda İslam Dövləti yaraqlılarının region boyunca hücumları dayandırılıb. Bununla yanaşı, İraq hökumət qoşunları və kürd qüvvələri bir sıra həlledici uğurlar qazana biliblər.

ABŞ müdafiə naziri Chuck Hagel Küveytdəki Amerika qoşunları qarşısında etdiyi çıxış zamanı bildirib ki, hazırda cəbhə boyu durğunluq yaransa da, İraq və kürd qüvvələrinin son uğurları vəziyyəti kökündən dəyişməyə imkan verə bilər.

General Terry əlavə əsgərlərin hansı müttəfiq ölkələr tərəfindən göndəriləcəyini dəqiqləşdirməyib.

İslam Dövləti silahlılarına qarşı döyüşən ABŞ koalisiyasına hazırda 40 ölkə daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG