Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:56

Putin yenə də konstitusiyanı “düzəltmək” istəyir


Vladimir Putin Sankt-Peterburqda Konstitusiya Məhkəməsində çıxış edib.
Vladimir Putin Sankt-Peterburqda Konstitusiya Məhkəməsində çıxış edib.

Rusiyanın hazırkı konstitusiyası Putinin 2000-ci ildə əl qoyub and içdiyi əsas qanundan tanınmaz dərəcədə fərqlənir.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkənin əsas qanunu stabil olmalıdır, lakin “həyat özü” diqtə edəndə konstitusiyaya düzəlişlər etmək olar.

Sankt-Peterburqda Konstitusiya Məhkəməsində çıxış edən prezident bu sözləri birbaşa məhkəmənin sədri Valeri Zorkinə ünvanlayıb.

Rusiyada dekabrın 12-də keçiriləcək Konstitusiya Günü münasibətilə təşkil olunmuş tədbirdə Putin deyib ki, əsas qanun üzərində iş heç vaxt dayanmır.

“Bəzən həyatın özü Əsas qanuna müəyyən düzəlişlərin edilməsini tələb edir” – deyib Rusiya prezidenti.

Dəyişən stabillik?

Vladimir Putin vurğulayıb ki, konstitusiya normalarını daim təhlil etmək və onu sürətlə dəyişən həyat reallıqlarına uyğunlaşdırmaq mühümdür.

Prezident “canlı konstitusiyanı” yaratdıqları üçün məhkəmənin üzvlərinə şəxsi minnətdarlığını yetirib.

O bildirib ki, “canlı konstitusiyanın” yaradılması yeni şərhlərin sayəsində mətnin sabitliyinin qoruyub saxlaması deməkdir.

“Beləliklə, konstitutsiya daha tutumlu, daha müasir olur” – deyib Putin.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, ziddiyyətli çıxışında Rusiya prezidenti dəyişikliklərdən danışarkən, dəfələrlə “stabil” sözünü işlədib.

O deyib ki, “bizim konstitusiyamız ötəri siyasi konyunkturdan doğan əsassız müdaxilələrdən yaxşı qorunub”.

Referendumsuz

Bununla belə, şərhçilər bildirirlər ki, “konstitusiyanın yaxşı qorunmasına” baxmayaraq, Putinin özü ona dəfələrlə, həm də referendumsuz müdaxilə edib.

2008-ci ildə Dövlət Duması prezidentlik müddətini 4 ildən altı ilə, dumanın səlahiyyətlərini isə 4 ildən 5 ilədək uzadan qanunlar qəbul edib.

Təbiidir ki, bu qanunlar qəbuil edilərkən konstitusiyaya da “əl gəzdirmək” lazım gəlib.

Mətbuat yazır ki, Rusiyanın hazırkı konstitusiyası Putinin 2000-ci ildə əl qoyub and içdiyi əsas qanundan tanınmaz dərəcədə fərqlənir.

Müxalifət elə o vaxtda hakimiyyəti konstitusiyaya referendum keçirmədən dəyişikliklər olunmasınına görə tənqid edirdi.

Mətbuat yazır ki, Rusiya Konstitusiyasına ikinci ən ciddi düzəliş 2014-cü ilin əvvəllərində edilib.

Konstitusiyaya edilmiş bu düzəlişə əsasən Ali və Ali Arbitraj məhkəmələri birləşdirilib.

Bu düzəliş də ümumxalq səsverməsi – referendum keçirilmədən daxil edilib.

Hüquqşünas ekspertlər bu düzəlişin ziddiyyətləri barədə rəylərini bilriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG