Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:23

Müdafiə nazirliyi Ermənistan mətbuatının yaydığı məlumatı rədd edib


Foto arxiv
Foto arxiv

"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan ordusunun cəbhədə təxribat törətməsi və nəticədə itki verməsi barədə yaydığı məlumatlar əsassızdır".

Bunu Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib.

Məlumatda deyilir ki, bu, Ermənistan ordusunun verdiyi itkilərin sayını gizlətmək məqsədilə atılan növbəti addımdır və Azərbaycan ordusu bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir.

Məlumata görə, Ermənistanın bir sıra kütləvi informasiya vasitələri dekabrın 8-də cəbənin Qarabağ istiqamətində Azərbaycan Ordusunun diversiya qruplarının qarşı tərəfə keçməsinin qarşısının alınması və itki verməsi barədə məlumat yayıb.

XS
SM
MD
LG