Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:29

Əsgər anası: "Oğlumun ölümünün əsl səbəbini və səbəbkarını üzə çıxarsınlar"


Arxiv fotosu
Arxiv fotosu

“Məni heç nə maraqlandırmır. Oğlumun ölümünün əsl səbəbinin və səbəbkarının üzə çıxarılmasını, cəzalandırılmasını tələb edirəm".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Azərbaycan ordusunun keçmiş leytenantı, müəmmalı şəkildə ölmüş Xalid Şirəliyevin anası Zahirə Şirəliyeva deyir. O, oğlunun həyatda yaşadığı sonuncu gecədən danışır:

"Nə qədər zəng vurduqsa, cavab vermədi. Sonradan

gecə saat 12, 1, 2 radələri... Dəfələrlə zəng vurduq, telefonu söndürülmüşdü. Ürəyimə dammışdı ki, uşağımın başında iş var...”

Polis bu il noyabrın əvvəlində məlumat yayıb ki, Tərtərdəki N saylı hərbi hissəni özbaşına tərk edib Bakıya gələn əsgər Xalid Şirəliyevin cəsədi noyabrın 1-də Yasamal rayonu ərazisindən tapılıb.

Ana deyir, oğlu 3 ay imiş ki, hərbi xidmətə gedibmiş. Sonrası nələr olub, anadan eşidək:

"3 AY İDİ GETMİŞDİ..."

“3 ay idi getmişdi, yanında əsgər vurdular. Bu da qorxudan xəstəlik tapdı, sarılığa tutuldu. Vəziyyəti ağırlaşıb, göndəriblər Bakıdakı hərbi hospitala. Tam sağaldı, sağalmadı, bilmirəm, yolladılar geri, hərbi hissəyə. Üstündən bir neçə gün keçişdi ki, gördüm yenə gəlib. Ciyərindən şikayət edirdi. Ciyəri ona əziyyət verirdi... Bilmədim uşağımın başıma bu gələnlər nə idisə... Elə həmin vaxtlarda oğluma bir nəfər zəng edirdi, özünü Biləcəri Hərbi Polis İdarəsinin rəisi Feyzi Hüseynov kimi təqdim edirdi, deyirdi təslim ol".

Oktyabrın 31-də Xalid Şirəliyev anası ilə birlikdə Biləcəri Hərbi Polis İdarəsinə yollanıb. Orada rəis Feyzi Hüseynovla görüşüblər:

"Rəis dedi ki, uşağı xidmət etdiyi hərbi hissəyə qaytaracaq. Mən də arxayın oldum, çıxdım gəldim evə. Elə həmin vaxtdan da oğlumla əlaqə kəsildi. Gecə də nə qədər zəng vurduq, əvvəl cavab vermədi, sonra da telefonu söndürülmüşdü. 4 gündən sonra yaxın qohumlarım hərbi hissəyə gedir. Orda üstü açılır ki, oğlum hərbi hissəyə gətirilməyib. Sonra da ölüm xəbəri çıxdı.

MÜƏMMALI ÖLÜM

Ana oğlunun cəsədi üzrəində çoxlu xəsarət izləri olduğunu deyir:

Özüm gözlərimlə gördüm izləri. açıq-aşkar xəsarət izləridir. Bədəni, alnı... Uşağa əməlli başlı işgəncə veriblər".

Hərbi Prokurorluqdan mətbuata bildirilib ki, keçmiş leytenant fərari olduğundan hadisənin onlarla əlaqəsi yoxdur.

Ölüm faktı Nəsimi Rayon Prokurorluğunda araşdırılır. Prokurorluq istintaq davam etdiyindən məsələ ilə bağlı hər hansı məlumat vermədi.

polkovnik-leytenant Feyzi Hüseynov də məsələyə münasibət bildirmək istəməyib və prokurorluğa müraciət etməyi məsləhət görüb. Ötən həftə Meydan TV-yəsə yalnız onu bildirib ki, anaya da, oğluda da münasibəti çox nəzakətli olub.

Ölüm faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə başlanmış istintaq davam edir.

XS
SM
MD
LG